Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var

Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var Əfqanıstanın qərbindəki Qor əyalətində partlayış törədilib
Digər ölkələr
21 Mart , 2021 03:52
Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var

Əfqanıstanın qərbindəki Qor əyalətində partlayış olub.

"Report"un məlumatına görə, bu barədə əyalət idarəsinin mətbuat katibi Arif Abir bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində əyalətin Tiver rayonunun yerli administrasiyasının rəhbəri Məhəmməd Rafiq Alam həlak olub.

Arif Abır qeyd edib ki, bomba Məhəmməd Rafiqin avtomobilinə qoyulub. Partlayış nəticəsində Alamın xanımı və iki övladı da yaralanıb

Hadisəyə görə məsuliyyəti hələ heç bir təşkilat üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi