Əfqanıstanda partlayış zamanı azı 8 nəfər ölüb, 50 nəfər yaralanıb

Əfqanıstanda partlayış zamanı azı 8 nəfər ölüb, 50 nəfər yaralanıb Əfqanıstanın Herat şəhərində minalanmış avtomobil partladılıb
Digər ölkələr
13 Mart , 2021 07:43
Əfqanıstanda partlayış zamanı azı 8 nəfər ölüb, 50 nəfər yaralanıb

Əfqanıstanın Herat şəhərində partlayış törədilib.

Bu barədə “Report” “Pajhwok Afghan News” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, şəhərdə minalanmış avtomobil partladılıb. Hadisə zamanı azı 8 nəfər həlak olub, 50-yə yaxın insan müxtəlif xəsarətlər alıb.

Heratın İctimai Səhiyyə İdarəsinin mətbuat katibi Məhəmməd Rafik Şirzay bildirib ki, həlak olanlardan ikisi uşaqlardır. Bundan əlavə, partlayış zamanı həddi-büluğa çatmamış daha 3 nəfər xəsarət alıb.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan 6-sı ağır vəziyyətdədir. Hadisə zamanı həmçinin 20-dən çox evə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi