Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı qadınlarla bağlı yeni qərar qəbul edib.
Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.
"Qadınların hakimiyyətdə təmsil olunmalarına ehtiyac yoxdur, onlar uşaq dünyaya gətirməlidirlər", - "Taliban"dan bildirilib.
Yeni hökumət həmçinin qadınların fəaliyyətini tənzimləmək üçün Fəzilətin Təşviqi və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyini yaradıb.