Əfqanıstanın şərqindəki Loqar əyalətinin inzibati mərkəzi Pul-e-Alam yaxınlığındakı polis postuna “Taliban” hərəkatının hücumu nəticəsində 5 nəfər polis həlak olub.
“Report” “Tolo News”ə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr bildirib.
“Taliban” hərəkatından məlumata dair hələlik hər hansı açıqlama verilməyib.