Əfqanıstanın Hərbi Hava Qüvvələrinin aviazərbələri nəticəsində “Taliban”ın liderlərindən biri Əziz Rəhman öldürülüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyat Lağman vilayətində həyata keçirilib. Qeyd olunub ki, öldürülən şəxs günahsız mülki insanların qətlə yetirilməsinə və bir çox terror aktlarının həyata keçirilməsinə rəhbərlik edib.