"Taliban" radikal hərəkatı ilə əlaqədə olan əsgər Əfqanıstan Milli Ordusunun yeddi hərbi qulluqçusunu öldürüb.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Qəzni əyalətində baş verib.
Qeyd edilir ki, o, hərbi qulluqçuları zəhərləyib və güllələyib. Hadisəni törədən şəxs silah-sursatla qaçaraq gizlənib.
"Taliban" hərbi qulluqçuların öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb.