Radikal “Taliban” hərəkatı silahlılarının Əfqanıstanın Baqlan əyalətində həyata keçirdikləri hücum nəticəsində təhlükəsizlik qüvvələrinin azı 8 əməkdaşı həlak olub.
“Report” məlumat verir ki, bu barədə “Tolo News” telekanalı xəbər verib.
Telekanalın məlumatına görə, həlak olanlar arasında əyalətin iki rayonunun polis rəisi də var.
Xəbərdə qeyd olunur ki, hücum cümə günü axşam həyata keçirilsə də, toqquşma şənbə günü səhər saatlarınadək davam edib.