Əfqanıstanda təhlükəsizlik qüvvələrinə hücum olub, xeyli ölən var

Əfqanıstanda təhlükəsizlik qüvvələrinə hücum olub, xeyli ölən var Əfqanıstanın şərqindəki Nəngərhar əyaləti Xoqyəni qəzasında təhlükəsizlik qüvvələrinin yoxlama məntəqələrinə “Taliban” hərəkatının hücumları nəticəsində 16 hərbçi və polis öldürülüb.
Digər ölkələr
11 Sentyabr , 2020 14:27
Əfqanıstanda təhlükəsizlik qüvvələrinə hücum olub, xeyli ölən var
0 : 00
0 : 00

Əfqanıstanın şərqindəki Nəngərhar əyalətinin Xoqyəni qəzasında təhlükəsizlik qüvvələrinin yoxlama məntəqələrinə “Taliban” hərəkatının hücumları nəticəsində 16 hərbçi və polis öldürülüb.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, mənbələrin dediyinə görə yaraqlılar həmin məntəqələrin üçünü bütövlüklə dağıdıblar.

Qeyd edək ki, sabah, şənbə günü Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında Dohada danışıqlar davam etdirilməlidir. Gündəliyin əsas məsələsi atəşkəsə nail olub daimi sülh əldə etməkdir. “Taliban” nümayəndə heyətinin artıq Qətər paytaxtına gəldiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi