Əfqanıstanda terror aktı törədilib.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hadisə Kabildə, Çar Kala rayonunda qeydə alınıb. Minalanmış avtomobilin partladılması nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.
Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.