Əfqanıstanın paytaxtı Kabildə iki partlayış törədilib.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, partlayışlar paytaxtın Xayir-xan və Bak-Kazi rayonlarında baş verib. Kabilin Polis Departamentinin mətbuat katibi Ferdevs Faramarç bildirib ki, hər iki hadisə nəticəsində ümumilikdə bir polis əməkdaşı həlak olub, daha altı nəfər yaralanıb. Partlayışların terror aktları olduğu bildirilir.
Terror aktlarına görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.