ÜST: Avropada koronavirusdan ölənlər bir il əvvəllə müqayisədə artıb

ÜST: Avropada koronavirusdan ölənlər bir il əvvəllə müqayisədə artıb 21 ölkə məhdudiyyətləri tədricən yumşaldır
Digər ölkələr
18 Mart , 2021 16:45
ÜST: Avropada koronavirusdan ölənlər bir il əvvəllə müqayisədə artıb

Hazırda Avropada COVID-19 virusundan dünyasını dəyişənlərin sayı bir il əvvəllə müqayisədə daha çoxdur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge Kopenhagendə keçirdiyi brifinqdə deyib.

“Ötən həftə regionda ölüm sayı 900 mini keçdi. Hər həftə virus nəticəsində regionumuzda 20 mindən artıq insan dünyasını dəyişir. Hazırda Avropada COVID-19-dan ölənlərin sayı ötən ilin bu vaxtlarındakından daha çoxdur, bu da virusun geniş yayılması deməkdir”, - deyən ekspert son vaxtlar Mərkəzi Avropa, Balkanlar, Baltik ölkələrində yoluxma, xəstəxanaya yerləşdirmə, ölüm faizi dünyada ən yüksək rəqəmlər arasında olduğunu diqqətə çatdırıb.

“Yoluxmalar artır və şərqə doğru yayılır. Üç həftədir COVID-19-ə yoluxmaların artdığının şahidiyik. Belə ki, ötən həftə Avropada 1,2 milyon yeni yoluxma qeydə alındı”, - deyən təşkilat rəsmisinin sözlərinə görə, indiyədək Avropanın 46 ölkəsində 107 milyon peyvənd vurulub, 45 ölkədə əhalinin 3 faizi tam peyvəndləmə keçib. Hazırda 27 ölkə tam və ya qismən lokdaun vəziyyətdə olduğu halda, 21 ölkə məhdudiyyətləri tədricən yumşaldır.

Son xəbərlər

Orphus sistemi