Ekvador prezidenti Lenin Morenonun olduğu təyyarə Vaşinqtondan qayıdarkən səmaya qalxdıqdan az sonra təcili eniş edib.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” Ekvador prezidentinin İctimaiyyətlə əlaqələr üzrə katibliyinə istinadən məlumat yayıb.
Məlumata görə, təcili enişə texniki nasazlıq səbəb olub.
“Prezident Lenin Moreno və bütün sərnişinlər qaydasındadır və yaxın bir neçə saatda Ekvadora qayıdacaqlar”, - məlumatda bildirilir.