Ekvadorda Quayas əyalətinin həbsxanasında cinayətkar qruplaşmaların üzvləri arasında atışma olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Məhbuslara Hərtərəfli Diqqət Milli Xidmətinin
Məlumata görə, hadisə nəticəsində onlarla insan həlak olub.
İlk atəş səslərinin eşidilməsindən sonra həbsxanaya operativ bölmələrin əməkdaşları gəlib. Həbsxanada tam nəzarəti bərpa etmək üçün onlara 3 saat lazım olub. Atışma zamanı 24 nəfər həlak olub, daha 48 insan yaralanıb.
“La Jornada” nəşrinin məlumatına görə, iyulda Ekvador prezidenti Gilyermo Lasso ölkənin həbsxana sistemində fövqəladə vəziyyət rejim tətbiq edib. Cəzaçəkmə müəssisələrində baş verən bir neçə toqquşma nəticəsində 100-ə yaxın insan həlak olub.