Əlcəzair Ali Təhlükəsizlik Şurası Mərakeş tərəfindən mümkün təxribatların qarşısını almaq üşün bu ölkəyə hava məkanını bağlı elan edib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının
Məlumata görə, sentyabrın 22-dən Mərakeş mülki və hərbi aviasiyasına Əlcəzairin hava məkanı üzərindən uçmaq qadağan edilir.
Qeyd edək ki, Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra avqustun 24-də Mərakeşlə diplomatik əlaqələrin kəsildiyini elan edib.
Əlcəzair və Mərakeş arasında bir neçə ildir ki, əsas maneə iki qonşu ölkənin əks mövqe tutduğu Qərbi Saxara problemi hesab edilir. Rabat keçmiş ispan mülklərini ərazisinin bir hissəsi hesab edir, Əlcəzair isə Qərbi Saxaranın müstəqilliyini dəstəkləyir.