“BMT, xüsusilə BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac var”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, dünyanın təhlükəsizliyi 5 dövlətin maraqlarından asılı olmamalıdır.
Ərdoğan dünyadakı hazırkı vəziyyətə görə təəssüflənib.