Ərdoğan Livanla əlaqələrin genişlənməsində hazır olduğunu bildirib

Ərdoğan Livanla əlaqələrin genişlənməsində hazır olduğunu bildirib Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Livanın baş naziri vəzifəsini icra edən Səəd Hariri ilə görüşüb.
Digər ölkələr
9 Yanvar , 2021 04:44
Ərdoğan Livanla əlaqələrin genişlənməsində hazır olduğunu bildirib
Səəd Hariri və Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Livanın Baş naziri vəzifəsini icra edən Səəd Hariri ilə görüşüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr üzrə İdarəsinin xəbərində deyilir.

Məlumata görə, danışıqlar təkbətək formatda keçirilib.

Görüşdə Türkiyə-Livan əlaqələrinin siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə inkişafı müzakirə edilib. Tərəflər həmçinin regional əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıblar.

Rəcəb Tayyib Ərdoğan söhbətin gedişatında dərin tarixi köklərə söykənən ikitərəfli əlaqələrin gələcəkdə də dərinləşməsinə və gücləndirilməsinə hazırlığını ifadə edib.

Dövlət başçısı vurğulayıb ki, Livanda siyasi sabitlik təkcə livanlıların özləri üçün, həm də regionda sülh və əmin-amanlıq üçün əhəmiyyətli rol oynayır.

Türkiyə lideri əlavə edib ki, rəsmi Ankara bundan sonra da dost və qardaş Livan xalqının əmin-amanlığına və birliyinə öz töhfəsini verəcək.

Səəd Hariri öz növbəsində ölkəsinin iqtisadiyyatına sərmayələrin qoyulması da daxil olmaqla, Türkiyənin Livana göstərdiyi dəstəyə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi