Türkiyə ilə Qətər arasında ikitərəfli əməkdaşlığa dair səkkiz saziş imzalanıb

Türkiyə ilə Qətər arasında ikitərəfli əməkdaşlığa dair səkkiz saziş imzalanıb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Təmim bin Həməd Əl-Tanini Ankarada Ağ Sarayda qəbul edib.
Digər ölkələr
14 Noyabr , 2024 20:34
Türkiyə ilə Qətər arasında ikitərəfli əməkdaşlığa dair səkkiz saziş imzalanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Təmim bin Həməd Əl-Tanini Ankarada Ağ Sarayda qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, Əl-Tani Türkiyə-Qətər Ali Strateji Komitəsinin 10-cu iclasında iştirak etmək üçün Ankaraya gəlib.

“Biz Qətər əmirini, əziz qardaşım Təmim bin Həmədi və onun nümayəndə heyətini Prezident sarayında qəbul etdik və çox məhsuldar danışıqlardan sonra 8 müqavilə imzaladıq. Dost və qardaş Qətərlə sıx əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik”, – Ərdoğan “X” sosial şəbəkəsində yazıb.

Qeyd olunur ki, görüşdən sonra tərəflər müxtəlif sahələrdə, o cümlədən humanitar yardım, rabitə və media, idman, avtomobildə sərnişin və yük daşımaları sahəsində, müdafiə qurumları arasında texniki əməkdaşlığa dair ikitərəfli əməkdaşlıqla bağlı səkkiz saziş imzalayıblar.

Son xəbərlər

Orphus sistemi