Avropa İttifaqı (Aİ) Ukraynaya dəstək modelini dəyişməli və bu ölkəyə yardımın həcmini 5 dəfə artırmalıdır.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reynsalu bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri Ukraynaya fərqli yanaşma, fərqli dəstək paradiqması tətbiq etməlidir, çünki indiki temp kifayət deyil.
“Vəziyyətə gələcək perspektivdə nəzər salaq: Ukraynanın ÜDM-i Aİ-nin ÜDM-nin 1 faizini təşkil edir. Hazırda bütün mübarizə Ukraynada aparılır. Bu mübarizəyə böyük xərclər çəkilir. Avropa isə onları ölkə ÜDM-inin təxminən beşdə biri ilə dəstəkləyib. Silahlanmaya və maliyyə yardımına dəstəyi ÜDM-imizin 1 faizinə çatdıra bilsək, vəziyyəti dəyişdirəcəyik. Bu, heç də dramatik rəqəm deyil”, - Estoniya XİN başçısı deyib.