Estoniya hakimiyyəti Rusiya-NATO təsis aktına əməl etməyi mənasız hesab edir və buna görə də onu ləğv etməyi təklif edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Təsis aktı ləğv edilməlidir, çünki biz Rusiya ilə hər hansı əməkdaşlıqdan danışa bilmərik”, - Estoniyanın xarici işlər naziri Urmas Reynsalu bildirib.
O, həmçinin Rusiyanı beynəlxalq hüquq prinsiplərinə məhəl qoymamaqda ittiham edib.