Estoniya Ukraynada dron əleyhinə sistemlər istehsal edəcək

Estoniya Ukraynada dron əleyhinə sistemlər istehsal edəcək Estoniyanın “Frankenburg Technologies” müdafiə şirkəti Ukraynada dron əleyhinə raket buraxılış qurğularının istehsalına başlayacağını açıqlayıb.
Digər ölkələr
16 Sentyabr , 2024 23:52
Estoniya Ukraynada dron əleyhinə sistemlər istehsal edəcək

Estoniyanın “Frankenburg Technologies” müdafiə şirkəti Ukraynada dron əleyhinə raket buraxılış qurğularının istehsalına başlayacağını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Bu yaxınlarda yaradılmış Estoniya müdafiə şirkəti Ukraynada pilotsuz uçuş aparatlarına qarşı raket sistemlərinin istehsalına başlayacağını elan edib”, - deyə məlumatda bildirilir.

Aydın olub ki, “Frankenburg Technologies” şirkəti bu ilin yanvarında yaradılıb, ona Baltikyanı dövlətin hərbi sənaye kompleksinin aparıcı nümayəndələri rəhbərlik ediblər.

Xatırladaq ki, Estoniya hökuməti Ukraynanın müdafiə ehtiyacları üçün illik ÜDM-in 0,25%-i həcmində vəsait ayırmağı planlaşdırıb.

Son xəbərlər

Orphus sistemi