Estoniyanın Baş naziri: “Ukraynaya hərbi yardımın həcmi 100 milyon avronu keçəcək”

Estoniyanın Baş naziri: “Ukraynaya hərbi yardımın həcmi 100 milyon avronu keçəcək” “Estoniya Ukraynaya 113 milyon avro dəyərində hərbi yardım göndərəcək ki, bu da ölkənin indiyədək təqdim etdiyi ən böyük yardım paketidir”.
Digər ölkələr
19 Yanvar , 2023 14:40
Estoniyanın Baş naziri: “Ukraynaya hərbi yardımın həcmi 100 milyon avronu keçəcək”

“Estoniya Ukraynaya 113 milyon avro dəyərində hərbi yardım göndərəcək ki, bu da ölkənin indiyədək təqdim etdiyi ən böyük yardım paketidir”.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas deyib.

Onun sözlərinə görə, yardım paketinə onlarla haubitsa, minlərlə mərmi və onları daşımaq üçün yük maşınları, yüzlərlə “Carl-Gustaf” tank əleyhinə qumbaraatanı və onlar üçün mindən çox döyüş sursatı daxil olacaq.

"Hamımız müharibənin bitməsini istəyirik, lakin Rusiya işğalçılıq müharibəsini davam etdirməyi planlaşdırdığına dair açıq siqnal göndərdi. Ona görə də azad dünya Ukraynaya silahlı yardım göstərməyə davam etməli və bunu əvvəlkindən daha sürətli və daha geniş miqyasda etməlidir", - Kallas deyib.

Bununla da, Estoniyanın Ukraynaya ayırdığı hərbi yardımın ümumi həcmi 370 milyon avroya çatacaq, bu isə Estoniyanın ÜDM-nin 1%-dən çoxdur.

Son xəbərlər

Orphus sistemi