Niderlandda keçirilmiş parlament seçkilərində krallığın hazırkı baş naziri Mark Ruttenin rəhbərlik etdiyi Azadlıq və demokratiya uğrunda Xalq Partiyası qalib gəlib.
“Report”un xarici mətbuata istinadən xəbər verir ki, bunu parlament seçkiləri zamanı keçirilmiş “exit poll”un nəticələri göstərib.
Qeyd edilir ki, ölkəyə liderlik edən partiya təxminən 23 faiz seçici səsi toplayıb və qanunverici orqanda 35 mandata iddia edə bilər.
Siyahıda sonrakı yerdə hakim koalisiyaya daxil olan sol mərkəzçi "Demokrat-66" Partiyası qərarlaşıb.
Üçüncü yerdə islamofobiya baxışları ilə tanınan Qert Vildersin azadlığı Partiyası yer alıb.
Mark Rutte seçkilərdə qələbə qazanacağı halda krallıq hökumətinə dördüncü dəfə başçılıq edəcək. O, artıq hökumətə 10 ildən çoxdur rəhbərlik edir.