FAO: Ərəb ölkələri arasında aclıq 91 faizi keçib

FAO: Ərəb ölkələri arasında aclıq 91 faizi keçib Ərəb dünyasında son 20 ildə aclıqdan əziyyət çəkənlərin sayı 91,1%-ə çatıb.
Digər ölkələr
16 Dekabr , 2021 22:22
FAO: Ərəb ölkələri arasında aclıq 91 faizi keçib
0 : 00
0 : 00

Ərəb dünyasında son 20 ildə aclıqdan əziyyət çəkənlərin sayı 91,1%-ə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təqdim etdiyi hesabatda deyilir.

Hesabata görə, COVID-19 pandemiyasının qlobal iqtisadiyyata təsiri də daxil olmaqla, uzun sürən böhranlar, sosial gərginliklər, şok və streslər fonunda 2020-ci ildə regionda aclıq çəkənlərin sayı 69 milyon nəfərə çatıb.

Sənəddə deyilir ki, il ərzində region əhalisinin təxminən üçdə biri (141 milyon insan, bir il əvvəlkindən 10 milyon nəfər çox) ərzaq təhlükəsizliyi ilə üzləşməli olub.

Ən çox aclıqla üzləşən ölkələr Yəmən və Somali olub.

Son xəbərlər

Orphus sistemi