ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.
“Report” xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.
Qeyd olunub ki, əmək bazarı şərtləri məşğulluğun maksimum qiymətləndirilməsinə uyğun səviyyələrə çatana qədər və inflyasiya artımı 2 faiz olana kimi komitə federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% səviyyəsində saxlamaq niyyətindədir.
Qeyd edək ki, FED uçot dərəcəsini iyulun 29-da da 0-0,25 faiz səviyyəsində saxlamışdı.