Fələstin ABŞ-nin BMT TŞ-nin Qəzza ilə bağlı qətnaməsinə vetosunu təhlükəli adlandırıb

Fələstin ABŞ-nin BMT TŞ-nin Qəzza ilə bağlı qətnaməsinə vetosunu təhlükəli adlandırıb ABŞ-nin Qəzza zolağında atəşkəs tələbi ilə Əlcəzairin təqdim etdiyi Yaxın Şərq qətnamə layihəsinə BMT Təhlükəsizlik Şurasında veto qoyması ehtiyatsız və təhlükəli addımdır.
Digər ölkələr
21 Fevral , 2024 03:08
Fələstin ABŞ-nin BMT TŞ-nin Qəzza ilə bağlı qətnaməsinə vetosunu təhlükəli adlandırıb

ABŞ-nin Qəzza zolağında atəşkəs tələbi ilə Əlcəzairin təqdim etdiyi Yaxın Şərq qətnamə layihəsinə BMT Təhlükəsizlik Şurasında veto qoyması ehtiyatsız və təhlükəli addımdır.

"Report"un məlumatına görə, bu barədə Nyu-Yorkda Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bildirib.

"Qətnamə layihəsinə veto qoyulması nəinki təəssüf doğurur, eyni zamanda tamamilə ehtiyatsız və təhlükəlidir. Bu, ən sarsıdıcı cinayətləri törətdikdən, milyonlarla günahsız fələstinlini saysız-hesabsız dəhşətlərə məhkum etdikdən sonra belə İsraili qorumaq üçündür", - diplomat deyib.

Mənsurun sözlərinə görə, Əlcəzairin qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasında məhz ona görə təqdim edilib ki, beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı demək olar yekdil çağırışlarına baxmayaraq, İsrail hücumlarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi