“Fələstin Türkiyənin verdiyi dəstəyi yüksək qiymətləndirir, lakin mövcud gərginliyi Qarabağdakı vəziyyətlə müqayisə etmək istəmir”.
“Report” xəbər verir ki, bunu “TASS”a Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl bildirib.
“Biz mövcud vəziyyəti Dağlıq Qarabağda baş verənlərlə müqayisə etmək istəməzdik. Bizim Ermənistan və Azərbaycanla, eyni zamanda Türkiyə ilə əla münasibətimiz var. Türkiyənin Fələstin məsələsindəki mövqeyinə görə minnətdarıq və bunu çox yüksək qiymətləndiririk”-deyə, səfir bildirib.