Filippinin şimalındakı Luson adasında tüğyan edən “Maring” ("Kompasu") qasırğa qurbanlarının sayı 19 nəfərə çatıb, daha 13 nəfər itkin düşmüş hesab edilir.
“Report”un məlumatına görə, bu barədə yerli hakimiyyətə istinadən
Daha əvvəl bildirilib ki, Benqet əyalətində yağışlara görə torpaq sürüşmələri olub, geniş ərazilər daşqınlardan ziyan çəkib. Hazırda qasırğa Filipin ərazisini tərk edib, amma sinoptiklər leysan yağışların təhlükəsi haqqında xəbərdarlıq ediblər. Təbii fəlakətlə əlaqədar 10 mindən çox insan təxliyə edilib.
"Maring” tropik siklonu nəticəsində on doqquz insan həlak olub, daha nəfər itkin düşüb", - telekanalın xəbərində deyilir.