Filippin bayrağı altında mazut daşıyan tanker batıb

Filippin bayrağı altında mazut daşıyan tanker batıb Manila körfəzində Filippin bayrağı altında 1,4 milyon litr mazut daşıyan tanker çevrilərək batıb.
Digər ölkələr
25 İyul , 2024 07:02
Filippin bayrağı altında mazut daşıyan tanker batıb

Manila körfəzində Filippin bayrağı altında 1,4 milyon litr mazut daşıyan tanker çevrilərək batıb.

"Report" xəbər verir ki, bu barədə "ABS-CBN News" məlumat yayıb.

Filippinin nəqliyyat naziri Xayme Bautista bildirib ki, 17 ekipaj üzvündən 16-ı xilas edilib, bir nəfər itkin düşüb.

Yerli hakimiyyət orqanları da buxtaya sızan yanacağın qarşısını almaq üçün səy göstərir.

Son xəbərlər

Orphus sistemi