Filippin sahillərində 7,3 bal gücündə zəlzələ olub

Filippin sahillərində 7,3 bal gücündə zəlzələ olub Filippin sahillərində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Digər ölkələr
18 Yanvar , 2023 12:07
Filippin sahillərində 7,3 bal gücündə zəlzələ olub

Filippin sahillərində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.

Məlumata görə, yeraltı təkanların episentri Qərbi Davao vilayətinin 22,5 min nəfərdən çox əhalisi olan Sarangani bələdiyyəsindən 352 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 64 km dərinliyində olub.

Mütəxəssislər ərazidə təkrar zəlzələlərin olacağını istisna etmirlər. Sunami təhlükəsi yoxdur, zərərçəkənlər və mümkün dağıntılar barədə məlumat daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi