Filippin hökuməti koronavirusa qarşı tam peyvənd olunmuş xarici ölkə vətəndaşlarının 2022-ci il fevralın 16-dan etibarən ölkəyə girişinə icazə verəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu qayda 18 yaşadək şəxslərə, xarici diplomatlara və onların himayəsində olan şəxsə şamil edilməyəcək.
Xatırladaq ki, müvafiq bəyanat ölkədə gün ərzində 34 min yeni yoluxmanın qeydə alındığı bir şəraitdə açıqlanıb.