Filippində yenidən güclü zəlzələ baş verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət San-Aqustin şəhərindən cənub-şərqdə yerləşən Cənubi Suriqao vilayətində qeydə alınıb.
6 bal gücündə olan zəlzələnin ocağı 33 km dərinlikdə yerləşir. Xəsarət alan və dağıntı barədə məlumat verilməyib.