Filippin adalarında 7 bal gücündə zəlzələ olub.
“Report” xəbər verir ki, bunu ABŞ Geologiya Xidməti açıqlayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Pundagitan şəhərindən 219 km məsafədə və 139 km dərinlikdə yerləşib.
Dağıntı və insan itkisinin olub-olmaması barədə hələlik məlumat verilməyib.