Filippində “Rai” qasırğası nəticəsində ölənlərin sayı yenidən artıb.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
Qeyd olunub ki, qasırğa 208 nəfərin ölümünə səbəb olub, azı 239 sakin yaralanıb, daha 52 nəfər itkin düşüb.
Mərkəzi Visayi regionunda - 129 nəfər, Qərbi Visayi regionunda - 22 nəfər, 10 nəfər Karaqa bölgəsində, 7 nəfər isə Şimali Mindanaoda ölüb.
Vyetnam Milli Hidrometeoroloji Proqnozlar Mərkəzinin məlumatına görə, tayfunun episentri Vyetnamın Bindin əyalətinə doğru hərəkət edir.
Filippində Sakit okeanda "Rai" tayfunu nəticəsində azı 140 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Daha əvvəl 108 nəfərin öldüyü bildirilirdi. Qasırğa Filippinin mərkəzi və cənub-şərq hissələrini əhatə edib.
Bir çox bölgələrdə tayfun elektrik enerjisinin kəsilməsinə və ciddi fəsadlara səbəb olub. Təbii fəlakətdən ən çox zərər çəkən Bohol əyalətində 73 nəfərin öldüyü, 10 nəfərin itkin düşdüyü bildirilir.
Ümumilikdə, “Rai” qasırğası 780 minə yaxın insana ziyan vurub, onlardan 330 mini təhlükəsiz ərazilərə köçürülüb.