Filippində torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 31 nəfər ölüb

Filippində torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 31 nəfər ölüb Filippinin Mindanao adasında yaxınlaşan Nalji qasırğasının səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 31 nəfər ölüb.
Digər ölkələr
28 Oktyabr , 2022 12:22
Filippində torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 31 nəfər ölüb

Filippinin Mindanao adasında yaxınlaşan "Nalji" qasırğasının səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 31 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Şimali Maqindanao əyalətində bir şəhər və 10 bələdiyyəyə, habelə 7 avtomobil yolu və 3 körpüyə ziyan dəyib.

Məlumata görə, “Nalji” qasırğası Filippinin şimalına doğru irəliləyir. Təbii fəlakət bölgəsindən 5 min nəfər təxliyə edilib. Filippində hər il orta hesabla 20 tayfun və fırtına baş verir. Bu təbii hadisələr nəticəsində çoxlu sayda insan ölür, evlər, yollar və körpülər dağılır.

Son xəbərlər

Orphus sistemi