Filippində universitetdə partlayış olub, ölənlər və yaralananlar var

Filippində universitetdə partlayış olub, ölənlər və yaralananlar var Bazar günü Filippinin cənubunda Mindanao Dövlət Universitetinin idman zalında katolik messa zamanı baş vermiş partlayış nəticəsində üç nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Digər ölkələr
3 Dekabr , 2023 06:09
Filippində universitetdə partlayış olub, ölənlər və yaralananlar var

Bazar günü Filippinin cənubunda Mindanao Dövlət Universitetinin idman zalında katolik messa zamanı baş vermiş partlayış nəticəsində üç nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

“Mindanao Dövlət Universitetinin (MDU) ictimaiyyəti bu səhər universitetin idman zalında dini toplantı zamanı baş vermiş zorakılıq aktından dərindən kədərlənir və dəhşətə gəlir. Biz bu mənasız və dəhşətli hərəkəti birmənalı şəkildə pisləyir, həlak olanlara və onların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz bu faciədən zərər çəkənlərə dəstək və yardım göstərməyi öz öhdəmizə götürürük”, – ali təhsil ocağının rektorunun bəyanatında bildirilib.

Bəyanatda sözügedən hadisə “hücum” kimi qiymətləndirilib.

MDU-da növbəti xəbərdarlığadək dərslərə fasilə verilib.

Son xəbərlər

Orphus sistemi