Filippində üsyançılar polis əməkdaşlarını pusquya salıb, ölənlər var  

Filippində üsyançılar polis əməkdaşlarını pusquya salıb, ölənlər var   Filippində polis əməkdaşlarının üsyançılar tərəfindən təşkil edilmiş pusquya salınması nəticəsində beş asayiş keşikçisi həlak olub, daha iki nəfər yaralanıb
Digər ölkələr
22 Mart , 2021 08:10
Filippində üsyançılar polis əməkdaşlarını pusquya salıb, ölənlər var   

Filippində polis əməkdaşlarının üsyançılar tərəfindən təşkil edilmiş pusquya salınması nəticəsində beş asayiş keşikçisi həlak olub, daha iki nəfər yaralanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polis Departamentinin rəis müavini Gilyermo Eleazar bildirib.

Onun sözlərinə görə, "Yeni Xalq Ordusu"nun üzvləri Şimali Kamarines əyalətinin Labo şəhərində polis patrulunu pusquya salıblar.

"Atışma nəticəsində beş polis əməkdaşı həlak olub, daha iki nəfər yaralanıb. Regiona üsyançıların yaxalanması üçün təhlükəsizlik qüvvələri göndərilib", - Eleazar deyib.

"Yeni Xalq Ordusu"nun üsyançıları Filippin Kommunist Partiyasının silahlı qanadıdır. Qruplaşma 1969-cu ildən hökumətə qarşı silahlı hücumlar təşkil edir.

Son xəbərlər

Orphus sistemi