Finlandiya polisi könüllülərə Ukrayna Silahlı Qüvvələri üçün ianə toplamağa icazə verməyib.
“Report” xəbər verir ki, bu barədə “İltalehti” qəzeti məlumat yayıb.
Ukrayna hərbçiləri üçün həyati əhəmiyyətli malların tədarükü ilə məşğul olan iki Finlandiya təşkilatı hüquqi çətinliklərlə üzləşib. Məlum olub ki, Finlandiya polisi Ukrayna Silahlı Qüvvələrinə birbaşa dəstək verən layihələr üçün vəsait toplanmasına qarşıdır.
Çünki qanunvericiliyə əsasən silahlı qüvvələrə dəstək hərbi fəaliyyət kimi təsnif edilir və buna görə də ictimai faydalı iş kimi qəbul edilmir.