Finlandiyanın Turku şəhərinin hakimiyyəti Rusiya Baş Konsulluğunun keçmiş binasını satın alıb, sonra isə onu sökəcək.
“Report” xəbər verir ki, məlumatı “RBK-Ukraina” yayıb.
Məlumata görə, qərar Turku şəhər şurası tərəfindən yekdilliklə qəbul edilib.
Bildirilib ki, bələdiyyə 1974-cü ildə inşa edilmiş 2000 kvadratmetr sahəsi olan binanın 3500 kvadratmetrlik torpaq sahəsi üçün 1,6 milyon avro ödəyəcək. Onun yerində yeni bina, uşaq bağçasının tikiləcəyi ehtimal edilir. Məlumata görə, sahə əvvəlcə şəhər işçiləri tərəfindən təmizlənməlidir. Çünki bu ərazidə 1900-cü illərin əvvəllərində tökmə və sink əritmə zavodu yerləşib.
Bildirilir ki, alqı-satqı qərarı hüquqi qüvvəsindən asılı olmayaraq həyata keçiriləcək: hakimiyyət mümkün müraciətlərə baxılmasını gözləməyəcək.