Floridanın Mayami şəhəri yaxınlığındakı Sörfsayd qəsəbəsində iki həftə bundan əvvəl yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin bələdiyyə başçısı Daniella Livayn Kava mətbuat konfransında bildirib.
Bildirib ki, uçqundan çıxarılan 53 nəfərin meyitlərinin kimliyi tibbi-ekspertiza vasitəsilə təsdiqini tapıb.
Onun sözlərinə görə, uçqunda itkin düşənlərin sayı 61 nəfərdir.