ABŞ-ın Florida ştatının Mayami şəhəri yaxınlığındakı Sörfsayd qəsəbəsində yaşayış binasının dağılmasının son qurbanı aşkarlanıb və onun şəxsiyyəti müəyyənləşdirilib.
“Report” xəbər verir ki, bu barədə
Bununla da faciə zamanı həlak olanların ümumi sayı 98 nəfərə çatıb. Bu halda polis hələ informasiyanı təsdiq etməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Mayami-Deyd dairəsinin məhkəməsi yaşayış evinin dağılması nəticəsində həlak olanların və zərərçəkənlərin ailə üzvlərinə azı 150 milyon ABŞ dolları məbləğində təzminat ödəmək barədə qərar çıxarıb.
Florida ştatında 12 mərtəbəli binanın bir hissəsi iyunun 24-də uçub.