Tramp Floridada ofis açdı

Tramp Floridada ofis açdı Təşkilat təbliğat və ictimai fəallıq yolu ilə Tramp administrasiyasının gündəmini təşviq edəcək.
Digər ölkələr
26 Yanvar , 2021 10:47
Tramp Floridada ofis açdı
Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Florida ştatının Pal Biç dairəsində özünə ofis açıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ofis ölkənin keçmiş liderinin işlərini idarə etmək niyyəti ilə yaradılıb.

Trampın qərargahından verilən açıqlamada ofisin bilavasitə ona göndərilən məktubların çeşidlənməsi ilə məşğul olacağı, habelə onun ictimai çıxışlarının təşkili və səsləndirəcəyi bəyanatların hazırlanmasından məsul olacağı bildirilir.

Bundan əlavə, təşkilat təbliğat və ictimai fəallıq yolu ilə Tramp administrasiyasının gündəmini təşviq edəcək.

Xatırladaq ki, yanvarın 24-də eks-prezidentin seçki qərargahının müşaviri Ceyson Miller Trampın yeni partiya yaratmağı planlaşdırmadığını, 2022-ci ildə keçiriləcək Konqresə aralıq seçkilərdə Respublikaçılara yardım edəcəyini söyləyib.

Son xəbərlər

Orphus sistemi