Fransa Avropa Energetika Xartiyasından çıxa bilər

Fransa Avropa Energetika Xartiyasından çıxa bilər Fransa energetika sektorunda “yaşıl” keçidi sürətləndirmək üçün Avropa Energetika Xartiyası Müqaviləsindən çıxmaq niyyətindədir.
Digər ölkələr
21 Oktyabr , 2022 22:07
Fransa Avropa Energetika Xartiyasından çıxa bilər

Fransa energetika sektorunda “yaşıl” keçidi sürətləndirmək üçün Avropa Energetika Xartiyası Müqaviləsindən çıxmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitindən sonra baş tutan mətbuat konfransında bildirib.

“Biz tam elektrikləşdirilmiş qitə kimi Avropaya keçidi mümkün qədər tez həyata keçirmək istəyirik. Bu baxımdan, burada açıq şəkildə qeyd etmək istərdim ki, Fransa çoxlarının tələb etdiyi kimi, Avropa Energetika Xartiyası Müqaviləsindən çıxmaq qərarına gəlib”, - o deyib.

Fransa dövlət başçısı onu da bildirib ki, oktyabrın 20-də İspaniya və Portuqaliyanın baş nazirləri ilə danışıqlardan sonra “Midcat” qaz kəmərinin tikintisinin təxirə salınması qərara alınıb. “Əvəzində elektrik enerjisi şəbəkələri vasitəsilə qarşılıqlı əlaqənin gücləndirilməsi qərara alınıb. Həmçinin İspaniya və Fransa arasında “yaşıl enerji dəhlizi”nin hazırlanması qərara alınıb”, - E.Makron söyləyib.

Son xəbərlər

Orphus sistemi