Fransa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv ölkələrin sayının artırılmasını zəruri hesab edir.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin xarici siyasət idarəsinin rəsmi nümayəndəsi bildirib.
O əlavə edib ki, “Fransa G-4 ölkələrinin (Almaniya, Braziliya, Hindistan və Yaponiya) TŞ-də 1 daimi üzv üçün əlavə yerin yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləyir”.
“Fransa həmçinin Afrika ölkələrinin TŞ-nin daimi üzvü qismində də nümayəndəliyinin genişləndirilməsinə tərəfdardır”, - deyə, qeyd edilib.