Fransa və Almaniya arasındakı sərhəd rayonunda 4,1 bal gücündə zəlzələ olub.
“Report” RT-yə istinadən xəbər verir ki, məlumatı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Bildirilib ki, zəlzələnin ocağı Almaniyanın Karlsrue şəhərindən 59 km cənub-qərbdə 3 km dərinlikdə yerləşib.
Qeyd edək ki, bir müddət əvvəl seysmoloqlar Monteneqroda 4,5 bal gücündə zəlzələ olduğuna dair məlumat yaymışdı.