Fransa hökuməti Əfqanıstanda vəziyyətin pisləşməsi səbəbindən öz vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, fransızlar ən qısa zamanda Əfqanıstanı tərk etməlidirlər.
O əlavə edib ki, Fransa Əfqanıstanda son dərəcə narahatlıq doğuran hadisələri çox yaxından izləyir.