Fransa Prezidenti: “Rusiya ilə dialoq zəruridir”

Fransa Prezidenti: “Rusiya ilə dialoq zəruridir” “Rusiya ilə dialoq zəruridir”.
Digər ölkələr
8 Fevral , 2022 23:16
Fransa Prezidenti: “Rusiya ilə dialoq zəruridir”
Emmanuel Makron

“Rusiya ilə dialoq zəruridir”.

“Report” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

O, qeyd edib ki, Rusiya ilə dialoq müxtəlif formatlarda davam etdirilməlidir.

Fransa Prezidenti eyni zamanda Ukraynada vəziyyətin deeskalasiyasına yönəlmiş razılaşdırılmış hərəkətləri davam etdirəcəyini vəd edib. “Ukrayna böhranının nizamlanması üzrə “Normand formatı” çərçivəsində danışıqlar yaxın günlərdə də davam edəcək”, - Makron deyib.

"Biz Rusiya Federasiyası ilə müxtəlif formatlarda tələbkar və vacib dialoqu davam etdirmək üçün bütün vasitələrdən istifadə etməliyik", - Fransa lideri əlavə edib.

“Bu dialoqu bərpa etmək və bütün tərəflərin öhdəliklərini yerinə yetirmək öhdəliyi Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən açıq şəkildə ifadə edilib”, - Makron bildirib.

Son xəbərlər

Orphus sistemi