Fransa Senatı qalmaqallı pensiya islahatı ilə bağlı qanun layihəsini qəbul edib

Fransa Senatı qalmaqallı pensiya islahatı ilə bağlı qanun layihəsini qəbul edib Fransa Senatı qalmaqallı pensiya islahatı ilə bağlı qanun layihəsinin yekun versiyasını qəbul edib.
Digər ölkələr
16 Mart , 2023 16:10
Fransa Senatı qalmaqallı pensiya islahatı ilə bağlı qanun layihəsini qəbul edib

Fransa Senatı qalmaqallı pensiya islahatı ilə bağlı qanun layihəsinin yekun versiyasını qəbul edib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, təqaüd yaşının 62-dən 64-ə qaldırılması haqqında qanun layihəsinin 345 senatordan 193-ü lehinə, 114-ü isə əleyhinə səs verib.

Məlumata görə, Senatdan sonra sənədi Milli Assambleya (parlamentin Aşağı Palatası) dəstəkləsə, onda qanun layihəsi qəbul edilmiş sayılacaq.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Aşağı Palatanın üzvlərini sənədin əleyhinə səs verməməyə çağırıb. O bildirib ki, qanun layihəsinin əleyhinə səs versələr, o halda Milli Assambleyanı buraxacaq.

Xatırladaq ki, Fransada on gündən çoxdur hökumətin pensiya islahatına qarşı etiraz aksiyası keçirilir.

Son xəbərlər

Orphus sistemi