Mali mərkəzinin naməlum nişanlı təyyarə tərəfindən bombalanması nəticəsində azı 20 dinc sakin ölüb, 20 nəfər yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “A Bamaco” mətbu orqanı məlumat yayıb.
Hadisə Mopti vilayətinin Duens şəhəri yaxınlığında Bunti yaşayış məntəqəsində baş verib. Məlumata görə, təyyarə toy mərasiminin iştirakçılarını bombalayıb.
Bildirilib ki, Malidə Fransa Hərbi Hava Qüvvələrinin təyyarələri uçur. Onlar ölkədə sülhməramlı missiyanı yerinə yetirirlər. Ehtimal edilir ki, toyu səhvən fransız təyyarəçiləri bombalayıb.
Şəhərin meri Adam Qriaba isə bombardman qurbanlarının sayının yüz nəfər olduğunu bildirib.