Fransa Yeni Kaledoniyada seçkilərin ikinci turu zamanı toplantıları qadağan edib

Fransa Yeni Kaledoniyada seçkilərin ikinci turu zamanı toplantıları qadağan edib Fransa hakimiyyəti Yeni Kaledoniyanın xüsusi inzibati-ərazi qurumunda parlament seçkilərinin ikinci turu zamanı ictimai toplantıların keçirilməsini qadağan edib.
Digər ölkələr
5 İyul , 2024 16:07
Fransa Yeni Kaledoniyada seçkilərin ikinci turu zamanı toplantıları qadağan edib

Fransa Yeni Kaledoniyada parlament seçkilərinin ikinci turu zamanı ictimai toplantıların keçirilməsini qadağan edib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ərazi Ali Komissarlığının sosial şəbəkələrdə yaydığı məlumatda bildirilib.

Məlumata görə, iyulun 6-sı saat 06.00-dan 8 iyul saat 20.00-dək ictimai yığıncaqların keçirilməsi qadağandır.

Bundan başqa, regionda komendant saatı, silah gəzdirmək və spirtli içkilərin satışına qoyulan qadağa iyulun 15-dək uzadılacaq.

Tədbirlər may və iyun aylarında regionda baş verən etiraz aksiyaları fonunda həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi