Fransada aksiyaçılarla polis arasında qarşıdurma olub

Fransada aksiyaçılarla polis arasında qarşıdurma olub Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları Renn şəhərində nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.
Digər ölkələr
7 Noyabr , 2021 04:40
Fransada aksiyaçılarla polis arasında qarşıdurma olub

Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları Renn şəhərində nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.

“Report” xəbər verir ki, bu barədə “Ouest-France” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, nümayiş iştirakçıları iqlim dəyişikliyi problemi ilə bağlı tədbirlərin görülməsi tələbləri ilə çıxış ediblər.

"Hüquq-mühafizə orqanları xəbərdarlıqdan sonra fəalları gözyaşardıcı qaz və şırnaqdan istifadə edərək dağıtmağa çalışıblar", - qəzetin saytında deyilir.

Qəzetin polisə istinadən verdiyi məlumata görə, nümayişdə 1,2 min nəfər iştirak edib. Yürüşə antifaşistlər və “sarı jiletlilər” də qoşulub.

Aksiya zamanı asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşma olub. Lakin saxlanılanların olub-olmaması barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi